Azərbaycanın energetika naziri Natiq Aliyev xəstəxanaya yerləşdirilib.
Nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.