Xəbər - Çingiz Səfərli – Trend:
TURKOVAC-ın sınaqlarının Azərbaycanda da aparılması istiqamətində danışıqlar aparılır.
Bunu AzerTimes-a açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, işlərə yeni başlanılıb və Türkiyə ilə bu sahədə əməkdaşlıq edəcəyik:
“Tədqiqatlar Azərbaycanda da aparılacaq. Sınaqlara nə zaman başlanılacağı ilə bağlı konkret bir vaxt deyə bilmərəm. Bu, sənədlərin nə zaman tamamlanacağından asılı olacaq. Amma iş gedir. Tədqiqat mürəkkəb və insanların taleyi ilə bağlı məsələ olduğundan, tələsmək də olmaz. Protokollar var. Onlar əsasında iş aparılır”.