Xəbər - Çingiz Səfərli -Trend:
Oktyabrda keçirilmiş dinləmələr zamanı Ermənistanın qaldırdığı bir məsələ erməni əsilli şəxslərin buraxılması idi. Digər məsələ isə Hərbi Qənimətlər Parkı idi.
Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.
E.Məmmədov bildirib ki, Ermənistanın məhkəmədən almaq istədiyi qərarlar onlara siyasi xal qazandıra biləcək qərarlardır. Bu vəsatətlər də rədd edildi.
Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.
Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.