Azərbaycan sülh gündəminə sadiqdir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqların gedişi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, xatırladıb ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib: “Bu görüşdə Azərbaycan tərəfi gələcək sülh sazişinin əsas elementlərini təqdim edib, hazırda biz cavab gözləyirik”.