Nazir müavini: Azad edilmiş ərazilər 2050-ci ilədək…

Nazir müavini: Azad edilmiş ərazilər 2050-ci ilədək…

İşğaldan azad edilmiş ərazilər 2050-ci ilədək “netto sıfır emissiya” zonasına çevriləcək.

AzerTimes xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransında deyib.

Ölkə nümayəndəsinin çıxışında iqlim sisteminə təsirlərin azaldılması sahəsində Azərbaycanın qlobal səylərə töhfəsi haqqında məlumatlar verilib.

Məlumatda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlanan yeni strategiyamızda istilik effekti yaradan qaz emissiyalarının azaldılması məsələsi xüsusi qeyd olunub.

Bu fəaliyyətlərin icrası iqlim dəyişmələri üzrə beynəlxalq təşəbbüslərlə tam uzlaşır və beynəlxalq öhdəliklərimizin yerinə yetirilməsinə, hədəflərimizə nail olunmasına bilavasitə töhfə verəcək.

Azərbaycanın enerji sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin 2030-cu ilə qədər hazırki 17%-dən 30%-ə çatdırılması, o cümlədən enerji səmərəliliyinin artırılması, aztullantılı nəqliyyata keçid və sənaye sektorunda aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, meşələrin və yaşıllıq sahələrin çoxaldılması və digər əhəmiyyətli mitiqasiya fəaliyyətlərimizin növbəti illərdə daha da intensivləşdiriləcəyi haqqında məlumat verilib.

Konfrans iştirakçılarının diqqətinə Azərbaycan ərazilərində 30 illik işğal dövründə Ermənistan tərəfindən törədilən dağıntıların və ekosidin tam miqyası barədə faktlar çatdırılıb.

Eyni zamanda, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı post-konflikt reabilitasiya, bərpa işlərinin həyata keçirilməsi, ərazilərin iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara əsaslanaraq bərpası, “ağıllı” və “yaşıl” yanaşmaların tətbiqinin əsas prioritetlərimiz olduğu haqqında məlumat verilib.

Teqlər: