Bəzi ölkələr 4 günlük iş rejiminə keçib. 4 günlük iş rejiminin tətbiqinin iki istiqaməti var. Səslənilən və real niyyət fərqli ola bilər.
AzerTimes xəbər verir ki, bunu bu gün iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “İnsan Resursları Zirvəsi 2023” tədbirində panel çıxışı zamanı deyib.
“Bu özlüyündə araşdırılmalı mövzudur. Yalnız İqtisadiyyat Nazirliyi bunu edə bilməz. Bu ölkədən-ölkəyə fərqlənə bilər”,- deyə E.Əliyev bildirib.