Türkiyə istər ölkə daxilində, istərsə də sərhəddən kənarda terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
“Ölkə daxilindəki separatçı terror təşkilatı məhv olmaq həddinə çatdırılıb. Sərhədlərimizdə yaradılması arzulanan terror dəhlizi dağıdılıb. Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən bu ilin əvvəlindən indiyədək 2 min 67 terrorçu zərərsizləşdirilib”, – nazir söyləyib.