Nazir Kürdə suyun azalmasının səbəbini açıqladı

Şuşa. Trend:

Kür çayında suyun azalması müşahidə edilir və bu daha çox iqlim
dəyişikliyi ilə bağlıdır.

AzerTimes-ın
məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və
təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, xüsusilə yanvar və fevral ayları quraq keçib,
yağıntı az olub.

“Qar da çox az yağdı. Çaylarda suyun əsas mənbəyi qar
ehtiyatları, onların əriməsi və yağışlardır. Əfsuslar olsun ki,
yağıntılar çox azdır. Biz imkan daxilində suyun yığılmasına
çalışırıq və məqsədimiz yay aylarında istehlakçıları su ilə təmin
etməkdir”, – deyə nazir bildirib.

Teqlər: