Nazir kino ittifaqlarının birləşməsindən danışdı

Nazir kino ittifaqlarının birləşməsindən danışdı

İki kino ittifaqının birləşməsini təqdirəlayiq addım kimi qiymətləndirirəm.

AzerTimes xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli deyib.

O vurğulayıb ki, iki ittifaqın könüllü və müstəqil şəkildə birləşməsi kinomuzun inkişafına töhfə verəcək.

Qeyd edək ki, ötən həftə xalq artisti Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə digər Xalq artisti Şəfiqə Məmmədovanın sədrlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsinə qərar verilib.

Teqlər: