İdmanda hər şey ola bilər. Necə ki, “Qarabağ” avrokuboklarda büdcəsi özündən çox olan klublara qalib gəlir.
AzerTimes-ın verdiyi məlumata görə, bunu gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ” bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, “köhlən atlar”ın III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu keçməsini sözlə ifadə etmək mümkün deyil:
“Hamımız qürurlandıq. Həmin gün İslamiadanın açılış mərasimi olsa da, hamı noutbuklarda oyuna baxırdı. Hər birimizin ürəyi “Qarabağ”la döyünürdü. Komandaya, Qurban Qurbanova təşəkkürümü bildirirəm”.
O, Ağdam təmsilçisinin pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi ev oyununda azarkeş sayını nəzərə alaraq, matçın Bakı Olimpiya Stadionuna salınması məsələsinə də toxunub: “Bu sualı “Qarabağ”a ünvanlasanız, daha yaxşı olar. Biz komandanın yanında olmağa və onlara dəstək verməyə çalışırıq”.