Nazir generalı yeni vəzifəyə təyin etdi

Nazir generalı yeni vəzifəyə təyin etdi

Polis general-mayoru Səhlab Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.

Teqlər: