Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev işdən azad olunub.
Yenicag.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
Əmrə əsasən, S.Hacıyev tutduğu vəzifədən kənarlaşdırılıb.
2011-ci ildən bu vəzifədə çalışan S.Hacıyev daha öncə Gəncə şəhərində musiqi məktəbinin direktoru olub.
Hələlik onun yerinə təyinat yoxdur.
www.yenicag.az