Avstriya daxili işlər naziri Gerhard Karner mətbuat konfransında çıxışı zamanı yanılaraq ölkədə xilafət yaradılmasının tərəfdarlarını güllələmək lazım olduğunu bildirib.
AzerTimes xəbər verir ki, nazir sonradan səhvini düzəldib.
“Xilafətə çağırış edən istənilən ekstremist və radikal üçün sadəcə iki alternativ var: həbs etmək, yaxud güllələmək… Üzr istəyirəm, səhvimi düzəldim. Həbs etmək, yaxud deportasiya etmək”, – deyə o bildirib.