Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
AzerTimes xəbər verir ki, bu barədə nazir öz X hesabında paylaşım edib.
XİN başçısı müdrik siyasəti ilə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına səbəb olan Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsi qarşısına əklil qoyub.