Heydər Əliyev Sarayında yeni təyinat olub.
AzerTimes xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.
Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O, bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.
Xatırladaq ki, sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə – 2023-cü ilin noyabrında təyin olunub.