Biz tarixi ədalətə əməl etməliyik. Ona görə də müstəqil dövlət kimi ölkəmizin əsaslarının möhkəmlənməsində böyük xidmətləri olan ilk prezident Nursultan Nazarbayevin tarixi rolunu qeyd etmək düzgün olardı.
AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Bu gün biz ədalətli Qazaxıstan qururuq, ona görə də keçmişin dövlət xadimlərinə, onların əməyinə və xidmətlərinə layiqli və ədalətli qiymət verilməlidir”, – Tokayev bildirib.
Qazaxıstan prezidenti vətəndaşları tarixi ədalətə riayət etməyə və respublikanın keçmiş rəhbəri Nursultan Nazarbayevin xidmətlərini unutmamağa çağırıb.