Nazarbayev özü barədə filmə 7 milyon dollar xərcləyib

Nazarbayev özü barədə filmə 7 milyon dollar xərcləyib

Nursultan Nazarbayev Fondu Oliver Stounun “Qazax. Qızıl adamın tarixi” sənədli filminə 7 milyon dollar xərcləyib. Film Qazaxıstanın keçmiş prezidentinə həsr olunub.

AzerTimes xəbər verir ki, bu barədə jurnalist Mixail Kozaçkov sövdələşməyə dair sənədlərə istinadən məlumat verib.

“Filmi “Qazaxıstanın Birinci Prezidentinin Fondu – Elbaşı” sifariş edib. Ölkənin Milli Kinoya Dövlət Dəstəyi Mərkəzi isə vasitəçi kimi çıxış edib və Stounu tapıb. Bunun üçün isə qurum 100 min dollardan çox pul alıb”, – məlumatda deyilib.

Teqlər: