Bakıda Naxçıvanın istehsal etdiyi avtomobilinin yeni modeli təqdim olundu.
Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsal olunan “Lifan 820 Premium” markalı avtomobilin təqdimatı keçirilib.
Zavodun direktor müavini Polad Sadıxov bildirib ki, NAZ hər il yeni avtomobil modelini müştərilərə təqdim edir.
Onun sözlərinə görə, bu, zavodda istehsal olunan ən yeni premium-klass avtomobildir.
Avtomobil 2,4 litr həcmində mühərriklə təchiz olunub. Mühərrik 161 at gücünə malikdir, avtomobilin maksimal sürəti saatda 180 kilometrdir.