“Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.
AzerTimes xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru Səxavət Abbas oğlu Bağırov vəzifəsindən azad edilib.
Bu vəzifəni yerinə yetirmək muvəqqəti olaraq Sevinc Rzayevaya həvalə edilib.