Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 78,3 milyon manat vergi daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat dərc edib.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 23,6 % və ya 15 milyon manat çoxdur.
5 ayda Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,3 % icra edilib.