Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı

Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.

AzerTimes xəbər verir ki, Missiya.Az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Əhməd Əhmədovun şikayətinə baxılıb və sabiq nazirin iddiası təmin olunub.

Xatırladaq ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı.

Teqlər: