Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və ötən 18 il ərzində davam etdirilən siyasət ölkəmizin iqtisadi qüdrətinin artmasına səbəb olub. Heç şübhəsiz bu da Azərbaycanda bütün sahələrdə inkişafa istiqamətlənmiş addımların atılmasına, müvafiq dövlət proqramlarının reallaşdırılmasına imkan yaradıb. Azərbaycanın iqtisadi və maliyyə cəhətdən geniş imkanlara malik olması ölkəmizin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin də artmasına da təkan verib. Təsadüfi deyil ki, ötən müddət ərzində iqtisadi imkanaların artması sayəsində Ordumuz maddi-texniki cəhətdən ən yüksək səviyyədə təmin edilib, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təhciz edilib.
Bu məqsədyönlü siyasətin nəticəsini 44 günlük Vətən müharibəsində gördüyümüzü deyən deputat hazırda da sözügedən istiqamətdə addımların atıldığını bildirib. Onun sözlərinə görə, Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır:
“Ümumiyyətlə, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Məlum olduğu kimi, məhz cənab Prezidentin göstəri ilə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılıb və ordu ən müasir silah və texnika ilə təchiz edilib. Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də bəyan etdiyi kimi bu gün Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir”.
Bu istiqamətdə addımların hazırda da davam etdiyini deyən deputat bildirib ki, elə cənab Prezident İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Muxtar Respublikada Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da deyilənləri təsdiqləyir. Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Ümumiyyətlə, son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən qurulub və olmayan bir çox hissələr yaradılıb.
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının əhəmiyyətinə gəlincə Vüqar İskəndərob bildirib ki, bu, Muxtar Respublikanın ən böyük tibb müəssisəsidir:
“Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və ötən 18 il ərzində davam etdirilən siyasət ölkəmizin iqtisadi qüdrətinin artmasına səbəb olub. Heç şübhəsiz bu da Azərbaycanda bütün sahələrdə inkişafa istiqamətlənmiş addımların atılmasına, müvafiq dövlət proqramlarının reallaşdırılmasına imkan yaradıb. Azərbaycanın iqtisadi və maliyyə cəhətdən geniş imkanlara malik olması ölkəmizin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin də artmasına da təkan verib. Təsadüfi deyil ki, ötən müddət ərzində iqtisadi imkanaların artması sayəsində Ordumuz maddi-texniki cəhətdən ən yüksək səviyyədə təmin edilib, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təhciz edilib”.
B