Naxçıvanın illik enerji ehtiyacı Türkiyə vasitəsilə ödəniləcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Enerji sahəsində Əlcəzair, İran, İraq, Yaponiya, Venesuela, ABŞ, Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası ilə əməkdaşlıq qurulduğunu deyən Ərdoğan ilk dəfə olaraq Avropanın sərhəd qonşusu olmayan iki ölkəsinə təbii qaz ixrac edildiyini vurğulayıb.