İranın şimal-qərbində gecə saatlarında baş verən zəlzələ nəticəsində azı 390 nəfər xəsarət alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
“Bu günə qədər zərərçəkənlərin ümumi sayı 390 nəfərdir, onlardan 135-i xəstəxanaya yerləşdirilib”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, İranın şimal-qərbində 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.