Naxçıvandan Türkiyəyə gedən avtomobildə 200 litrə qədər maye metamfetamin aşkarlanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçiriblər.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 34DZ1302/34EHJ815 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 191 litrə qədər maye halında psixotrop maddə – metamfetamin aşkarlanıb.


Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə (qaçaqmalçılıq) cinayət işi açılıb.

Teqlər: