Naxçıvandan gələn təyyarədə nasazlıq baş verdi

Naxçıvandan gələn təyyarədə nasazlıq baş verdi

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsi Bakı aeroportuna eniş edib.

Bu barədə AzerTimes-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb. Təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

Teqlər: