İyunun 8-dən sonra Naxçıvan-Bakı reysinin başlaması nəzərdə tutulub.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bütün uçuşlar qaydalara uyğun olacaq:
“Reyslərin sayı və sərnişin sayı əvvəlki kimi olmayacaq. Sərnişinlər arasında məsafə qorunması üçün sərnişin sayına məhdudiyyət qoyulacaq. Hava nəqliyyatında 80 faizə qədər doluluq tətbiq edilə bilər”.