Naxçıvan şəhərində axşam saatlarında piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.
AzerTimes xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Belə ki, avtomobil 1959-cu il təvəllüdlü İbrahim Şahsuvar oğlu Fətəliyevi vurub.
Yaralı dərhal Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.