Naxçıvanda xüsusi gömrük rejimi yaradılacaq

Naxçıvanda xüsusi gömrük rejimi yaradılacaq

Naxçıvan MR-nın bütün ərazisi üçün gömrük rüsum güzəştini (siyahı üzrə Azərbaycanda istehsal edilən mallar istisna olmaqla) nəzərdə tutan xüsusi gömrük rejiminin (zonasının) yaradılması nəzərdə tutulur.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum Dövlət Gömrük Komitəsi, digər icraçı qurumlar isə yerli Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyidir.

İlkin olaraq hüquqi bazanın formalaşdırılması, daha sonra xüsusi gömrük rejiminin (zonasının) fəaliyyətə başlaması planlaşdırılır.

Teqlər: