Naxçıvanda vətəndaş qəbulu keçirildi

Naxçıvanda vətəndaş qəbulu keçirildi

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev vətəndaşları qəbul edib.

Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qəbulda iştirak edən 17 vətəndaşın müraciəti dinlənilərək, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti orqanlarda həlli üçün müvafiq göstərişlər verilib.

Teqlər: