Xəbər - Fidan Babayeva – Trend:
2021-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının ümumi daxili məhsulun (ÜDM) həcmi 557,426 milyon manat təşkil edib.
Trend bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.
Hesabat dövründə Naxçıvan MR-də adam başına düşən ÜDM-in həcmi 1 207 manat təşkil edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 1,3 faiz çoxdur.
Qeyd edək ki, 2020-ci ildə Naxçıvan MR-in ümumi daxili məhsulu 2,907 milyarda manat olub.
(Tərcümə: Orxan Nəbiyev)