İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyindən AzerTimes-a verilən məlumata görə, bu məlumat əsassızdır və həqiqətə uyğun deyil:
“Ölkə üzrə qəbul edilmiş pandemiya qaydalarına uyğun olaraq, 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək”.