Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərləndi

Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərləndi

Naxçıvanda dəm qazından 3 nəfər zəhərlənib.

AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakinləri 1977-ci il təvəllüdlü Ruhiyyə Hacı qızı Rəsulova və qızları 2000-ci il təvəllüdlü Jalə Vüqar qızı Mirzəyeva və 2011-ci təvəllüdlü Fidan Vüqar qızı Mirzəyeva evdə dəm qazından zəhərləniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, R.Rəsulova Naxçıvan televiziyasının əməkdaşıdır.

Teqlər: