Naxçıvanda islahat dalğası: daha 4 idarə ləğv edildi

Naxçıvanda islahat dalğası: daha 4 idarə ləğv edildi

Naxçıvan Gömrük Baş İdarəsində islahatlar davam edir.

AzerTimes xəbər verir ki, bu barədə ekspert Heydər Oğuz öz mənbələrinə istinadla məlumat yayıb.

O bildirib ki, maliyyə sahəsində “insan amili” sıfırlanır:

“Culfa, Şahtaxtı və Sədərək gömrük idarələri ləğv olunub, yerinə gömrük postları yaradılıb. Bundan əlavə Naxçıvan Hava Limanı gömrük postu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə, yəni Bakıya birləşdirilib. Digər gömrük postları isə Azərbaycan DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinə tabe etdirilib.

Naxçıvan şəhər Gömrük İdarəsi ləğv olunaraq, yerinə Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsi yaradılıb.

Ən mühüm islahatlar isə maliyyə ödəmələrində aparılıb. Əvvəl bu işə Naxçıvan MR Gömrük idarələrinin maliyyə rəisləri baxırdılarsa, bu gündən etibarən postlarda ödəmə terminalları qoyulacaq və bu işdə insan amili aradan qaldırılacaq”.

Xatırladaq ki, DTX-nin Naxçıvanda apardığı antikorrupsiya əməliyyatı zamanı Naxçıvan Gömrük Komitəsində 132 milyon manatlıq yeyinti faktı aşkarlanmışdı. Bundan sonra Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nə tabe Baş İdarə yaradıldı.

Teqlər: