Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad olunub.
AzerTimes Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, polkovnik Nurlan Pənahov tutduğu vəzifəsindən azad olunub.
Onun yerinə uzun illər Bakıda bu qurumda idarə rəisi vəzifəsində çalışan polkovnik Mövsüm Aşurov təyin edilib. Bununla yanaşı, xidmətin struktrunda dəyişiklik edilərək Baş idarə səlahiyyətinə keçirilib.