Naxçıvanda çökən məktəb binasında ölən və xəsarət alan olmayıb – Nazirlik

Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3
nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və
müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması
ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir
əsası yoxdur.

Bu barədə AzerTimes-a Təhsil Nazirliyindən bildirilib.

“Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə
aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il
tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam
orta məktəbdə təhsillərini davam etdirirlər.

Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat
veriləcək”- açıqlamada qeyd edilir.

Teqlər: