Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib.
AzerTimes xəbər verir ki, bu barədə fevralın 27-də muxtar respublika Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, vergi orqanlarında səmərəli fəaliyyətlərinə görə fərqlənən Abbasova Aysel Yusif qızı, Eyvazova Gülşən Tofiq qızı, Əliyev Rəfail Əli oğlu, Əliyev Süleyman Yunis oğlu, Qənbərov Zahid Paşa oğlu, Quliyev Elməddin Hüsaməddin oğlu, Məsumova Xədicə Hacı qızı və Rzayev Rəşad Əli oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.