Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni aparat rəhbəri təyin olunub.
AzerTimes xəbər verir ki, bununla bağlı muxtar respublikanın ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra edən Xanlar Mustafayev əmr imzalayıb.
Əmrə əsasən, Aparat rəhbəri vəzifəsinə Malik İsmayılov təyinat alıb.
Qeyd edək ki, M.İsmayılov bundan əvvəl Şərur Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.