Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib.
Bu barədə AzerTimes-a Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib.
Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər.