Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Sərxanlı, Şahbuz rayonunun Şada kəndlərində biçilmiş taxıl sahələrində, Babək rayonunun Kərimbəli kəndində və Sədərək rayonunda quru otlaq sahələri, Babək rayonunun Qoşadizə məhəlləsində isə həyətyanı sahədə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şərur, Şahbuz, Babək və Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisələri nəticəsində Babək rayon Kərimbəyli kəndində 175 m² sahə, Sədərək rayon Sədərək kəndində 500 m² sahə yanıb, 500 m² sahə yanğından mühafizə edilib. Şərur rayon Sərxanlı kəndində 2000 m² biçilmiş taxıl sahəsi yanıb, 8000 m² sahə yanğından mühafizə edilib. Babək rayon Kərimbəyli kənd isə 200 m² sahə yanıb.