Naxçıvanda avtomobil yolları əsaslı təmir olunur – Foto

Naxçıvanda avtomobil yolları əsaslı təmir olunur – Foto

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili və Darıdağ Arsenli Su Müalicə Mərkəzinin avtomobil yolları əsaslı təmir olunub.

AzerTimes xəbər verir ki, noyabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yollarda aparılan əsaslı təmir işləri ilə tanış olub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov məlumat verib ki, 13,9 km uzunluğu olan “Əshabi-Kəhf” yolunun köhnə asfalt-beton örtüyü sökülüb, yol əsasına torpaq və qum-çınqıl materialı verilərək bərkidilib, yol yatağı genişləndirilərək üçqat asfalt örtüyü salınıb. Yolun torpaq hissəsinin eni 11, asfalt hissəsinin eni isə 7,4 metrdir. Avtomobil yolunda 80 müvafiq yol nişanı və 600 işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.

Culfa şəhərinin mərkəzi avtomobil yolu ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki,7,8 kilometr uzunluğunda mərkəzi avtomobil yollarınaikiqat asfalt örtüyü salınıb. 910 ton yol keçidi və qapı ağızlarında asfalt-beton işləri aparılıb. 7-9 metr enində asfaltlanan yolda 52 müvafiq nişan quraşdırılıb, təhlükəsiz və rahat hərəkət təmin edilib.

Culfa şəhər sakinləri yollarda yaradılan müasir şəraitə görə dövlətimizə minnətdarlıq ediblər.

Darıdağ Arsenli Su Müalicə Mərkəzinə gedən avtomobil yoluna baxış zamanı məlumat verilib ki, yolun əsası bərkidilib, 3,5 km məsafədə üçqat asfalt örtüyü salınıb. Yolun torpaq hissəsinin eni 10, asfalt hissəsinin eni isə 8 metrdir. Müvafiq yerlərdə sürət həddini nizamlamaq, təhlükəsiz hərəkəti təmin etmək üçün 52 yol nişanı və 156 işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.

Teqlər: