

“Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” ilə bağlı tenderin nəticələri elan edilib.
AzerTimes Teleqraf.com-a istinadən xəbər verir ki, sifarişçisi Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi olduğu tenderin qalibi “Hovers Group” MMC-dir.
Qalib şirkətlə 12 milyon 430 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Hovers Group” MMC 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib. Nizamnamə kapitalı 345 720 manat olan şirkət müxtəlif biznes sahələrinə yönələrək Bakı Enerji Tikinti ASC, Hovers İşıqlandırma MMC və Hovers Tikinti MMC şirkətlərindən ibarətdir.