Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq – Nuridə Allahyarova

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, buna səbəb Naxçıvana səfərin İran üzərindən gerçəkləşməsidir: “Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, ölkəmizdə belə bir qərar qəbul edilməyib. Gürcüstan və digər ərazilərə sərnişindaşıma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır”.

Teqlər: