Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar dekabrın 19-da “Azərbaycan Hava Yolları” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə planlaşdırılan reyslərinin həyata keçirilməsi yenidən təxirə salınıb.
Bu barədə AzerTimes-a Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildirilib.
Uçuşların təhlükəsizliyi məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.
Qeyd edilib ki, AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 Vatsap nömrələri vasitəsilə müraciət edə bilərsiniz.
Qeyd edək ki, bundan əvvəl AZAL təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların bərpa edilməsi ilə bağlı açıqlama yaymışdı.