Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı

Naxçıvana uçan təyyarə tufana görə geri qayıtdı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib.

Bu barədə AzerTimes-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Teqlər: