22:31
Naxçıvan Muxtar Respublikasında 5,3 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb.
Zəlzələ 10-15 saniyə davam edib. İlkin məlumata görə dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.
***
Gəncə şəhərində də zəlzələ olub.
Yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb.
Bir neçə saniyə çəkən zəlzələ təxminən 3 bala yaxın olub.
Hər hansısa bir fəsad olmayıb.