15:54
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.
Bu barədə AzerTimes-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub. Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.