Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı aparılan qabaqlayıcı profilaktik tədbirlər Naxçıvan Qarnizonu Qoşunlarında da davam etdirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, infeksiyaların və yoluxucu xəstəliklərin qarşısının alınması, hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə hərbi şəhərciklərdə, birləşmə, hissə və bölmələrdə genişmiqyaslı dezinfeksiya tədbirləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Hərbi hissələrin ərazisində və xüsusilə də əsgər yataqxanalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilərək hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür.