Naxçıvan Ali Məclisinin səlahiyyətləri azaldıla bilər?

Naxçıvan Ali Məclisinin səlahiyyətləri azaldıla bilər?

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin səlahiyyətləri ilə bağlı verilən qərarlar konstitusiya çərçivəsində tənzimlənməlidir.

Bu sözləri AzerTimes-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Naxçıvan MR-in Ali Məclisinin səlahiyyətlərinə dəyişiklik edilməsi ilə bağlı danışarkən deyib.

“Naxçıvana bu ərazinin toxunulmazlığını təmin etmək və Türkiyənin qarantial hüquqlarının qorunması üçün xüsusi status verilməlidir. Ancaq “muxtar” statusuna ehtiyac yoxdur. Naxçıvan MR-in icra qurumları Azərbaycan hökumətinə tabedir. AR Prezidentinin Naxçıvan MR-in Ali Məclisinin, o cümlədən Nazirlər Kabinetinin qərarlarını ləğv etmək səlahiyyəti vardır”, – ekspert bildirib.

Teqlər: