Xəbər - Ceyhun Ələkbərov – Trend:
Altı övlad arasında son beşik olan, 23 yaşında şəhidlik zirvəsinə ucalan Vətən müharibəsinin iştirakçısı Ənvər Nizam oğlu Əliyev.
AzerTimes-ın məlumatına görə, Vətən müharibəsində canından keçən şəxslərdən biri də, 1997-ci il iyun ayının 4-də Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun Axaməd kəndində anadan olan Ənvər Əliyevdir. Ailənin son beşiyi olan Ə. Əliyev 2003-cü ildə Axaməd kəndində məktəbin 1-ci sinifinə gedib. Öz nizam-intizamı ilə seçilən Ənvər 9-cu sinifi bitirərək, 2012-ci ildə Naxçıvan şəhərindəki “Heydər Əliyev adına” hərbi liseyə daxil olur. Orada kursant kimi daim nəaliyyətlər qazınıb, Fəxri fəman, medal, təşəkkürnamə və “ilin ən yaxşı kursantı” adına layiq görülüb və oranı gümüş medalla bitirib.
Nümunəvi kursant olduğu üçün, Ənvər 2015-ci ildə Türkiyənin Ankara şəhərindəki “Kara Harp Okulu”na (Quru qoşunları məktəbi) təhsilini davam etdirmək üçün göndərilib. 2016-cı ildə Vətənə qayıdaraq, təhsilini Heydər Əliyev adına, Azərbaycan Ali Hərbi məktəbində davam etdirib.
2020-ci ilin may ayında həmin məktəbi “Leytenant” rütbəsi ilə bitirir. 2020-ci il iyul ayının 1-də Tərtər rayonunda “N” saylı hərbi hissədə leytenant olaraq, xidmət etməyə başlayıb. Vətən müharibəsini ilk günlərindən ən fəal iştirakçılarından olub.
O, Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə hünər göstərək oktyabrın 14-də Talış yüksəkliyində 2 əsgəri ilə birgə top mərmisindən şəhid olub. Ənvər Əliyev, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda “Şəhidlər xiyabanında” dəfn olub. Ölümdən sonra Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.